Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Süni intellekt sahəsində nəhəng əməkdaşlıq addımı atılıb - BBN

Süni intellekt sahəsində nəhəng əməkdaşlıq addımı atılıb

“Microsoft”, “BlackRock”, “Global Infrastructure Partners” və “MGX” məlumat mərkəzlərinə və enerji infrastrukturuna sərmayə qoymaq üçün yeni süni intellekt tərəfdaşlığına başlayıblar.

BBN.az xəbər verir ki, “Microsoft” tərəfindən edilən açıqlamada daha güclü süni intellekt imkanlarının inkişaf etdirilməsi səyinin əhəmiyyətli infrastruktur sərmayələri tələb edəcəyi bildirilib.

Açıqlamada qeyd edilib ki, “BlackRock”, “Global Infrastructure Partners”, “Microsoft” və “MGX” hesablama gücünə artan tələbi ödəmək üçün yeni və genişləndirilmiş məlumat mərkəzlərinə sərmayə qoymaq və bu obyektlər üçün yeni enerji mənbələri yaratmaq məqsədilə Qlobal Süni İntellekt İnfrastruktur İnvestisiya Tərəfdaşlığını başladıblar.

Açıqlamada bildirilib ki, sözügedən tərəfdaşlıq ilkin olaraq 30 milyard dollarlıq özəl kapital cəlb etməyi hədəfləyir. Bu məbləğin 100 milyard dollara qədərinin investisiyaya çevrilməsinin hədəfləndiyi vurğulanıb.

Açıqlamada həmçinin infrastruktur sərmayələrinin əsasən ABŞ-da ediləcəyi, bununla da süni intellekt innovasiyaları ilə iqtisadi artımın dəstəklənəcəyi, bəzilərinin isə ABŞ-ın tərəfdaş ölkələrində həyata keçiriləcəyi qeyd edilib.

Related posts

Fransada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edildi

“Apple” 516 min dollar cərimələnib

“Samsung” çip sənayesinə 73 milyard dollar sərmayə qoyacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı