20 banka 72,4 milyon dollar satılıb

20 sentyabr 2016-cı il tarixində Mərkəzi Bankda keçirilmiş növbəti valyuta hərracında Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 100 milyon ABŞ dolları və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 50 milyon ABŞ dolları olmaqla ümumilikdə 150 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.

Qeyd edək ki, hərracda 20 bank iştirak edib  və məcmu tələb 72.4 milyon ABŞ dolları təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır