2010-cu ildən bu yana ÜDM-in həcminə görə dünyanın ən böyük iki dövləti ABŞ və Çin olub. Həmçinin, ABŞ hal-hazırda dünyanın ən böyük idxalçısı, Çin isə ən böyük ixracatçısıdır və bu ölkələr uzun illərdir ki ticarət tərəfdaşıdırlar. Lakin, son dövrlərdə gündəmdə olan ABŞ-Çin arasındakı “Ticarət Müharibəsi” bu ölkələrin gələcək ticarət əlaqələrini sual altında qoyur.
Son on ildə ABŞ-Çin ticarət dövriyyəsinə nəzər saldıqda, ABŞ-ın ən böyük mənfi ticarət saldosunun 2018-ci ilə təsadüf etdiyini görə bilərik. Ümumilikdə isə ticarət dövriyyəsi aşağıdakı kimidir:
ABŞ-Çin ticarəti | İdxal (milyon $) | İxrac (milyon $) | Ticarət Saldosu (milyon $) |
2009 | 296373.9 | 69496.7 | -226877.2 |
2010 | 364952.6 | 91911.1 | -273041.6 |
2011 | 399371.2 | 104121.5 | -295249.7 |
2012 | 425619.1 | 110516.6 | -315102.5 |
2013 | 440430 | 121746.2 | -318683.8 |
2014 | 468474.9 | 123657.2 | -344817.7 |
2015 | 483201.7 | 115873.4 | -367328.3 |
2016 | 462420 | 115594.8 | -346825.2 |
2017 | 505220.2 | 129797.6 | -375422.6 |
2018 | 539675.6 | 120148.1 | -419527.4 |
Mənbə: ABŞ Siyahıyaalma Bürosu (US Census Bureau)
Məlumat üçün qeyd edək ki, 2019-cu ilin ilk dörd ayında ABŞ Çindən 140772.8 milyon $ həcmində məhsul idxal edib. Sözügedən dövrdə ixracatın həcmi isə 33890.8 milyon $ olub.