2016-cı il Paralimpiya Oyunları başa çatıb – 11 medal

BBB.News-un verdiyi məlumata görə, 2016-cı il Paralimpiya Oyunları bazar günü Rio De Janeyrodakı Maracana stadionunda başa çatıb.Builki Paralimpiya Oyunlarında Azərbaycan 1 qızıl, 8 gümüş və 2 bürünc medalla medallar cədvəlində 48-ci yeri alıb.

Medallar cədvəlində ilk beşlik:

  1. Çin (107 qızıl, 81 gümüş, 51 bürünc)
  2. Böyük Britaniya (64 qızıl, 39 gümüş, 44 bürünc)
  3. Ukrayna (41 qızıl, 37 gümüş, 39 bürünc)
  4. ABŞ (40 qızıl, 44 gümüş, 31 bürünc)
  5. Avstraliya (22 qızıl, 30 gümüş, 29 bürünc)

Qeyd edək ki, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Philip Craven Paralimpiya bayrağını bu oyunlara 2020-ci ildə ev sahibliyi edəcək Tokionun qubernatoruna təhvil verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır