2016-cı ildə Azərbaycan iqtisadiyyatında artım ola bilər

2016-cı ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatı müəyyən artım nümayiş etdirə bilər.

Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib.

Onun sözlərinə görə, Azərbaycanın dünya iqtisadiyyatının dəyişkənliyi ilə bağlı çətinliklərinə baxmayaraq, ölkənin valyuta ehtiyatları və tədiyyə balansı getdikcə yaxşılaşır: “Eyni zamanda neftin qiymətləri də artır”.

Əl-Qorçi qeyd edib ki, regionun digər ölkələri də belə çətinliklərlə üzləşib, lakin Azərbaycan hökuməti dünya iqtisadiyyatındakı mənfi proseslərə vaxtında reaksiya verdi.

Mənbə: trend.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır