Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2017-2021-ci illərdə sosial sığorta daxilolmaları 84,3% artıb - BBN

2017-2021-ci illərdə sosial sığorta daxilolmaları 84,3% artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda son illərdə ciddi artım tempi özünü göstərib.

Bunun göstəricisi kimi, sosial sığorta daxilolmalarının həcmi:

  • 2017-ci ildə 2085,7 milyon manat,
  • 2018-ci ildə 2327,1 milyon manat,
  • 2019-cu ildə 2921,6 milyon manat,
  • 2020-ci ildə 3553,2 milyon manat,
  • 2021-ci ildə isə 3843,4 milyon manat təşkil edib.

Göründüyü kimi, qeyd olunan dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 84,3% və ya 1757,68 milyon manatlıq artım baş verib.

Bu artımın əsasında ölkəmizdə aparılan sosial-iqtisadi islahatların müsbət nəticələri, o cümlədən məşğulluq imkanlarının və əmək haqlarının mütəmadi artımı, əmək münasibətlərində leqallaşmanın genişlənməsi dayanır.

Qeyd olunan daxilolmaların ötən il 63,5%-i və ya 2441,2 milyon manatı özəl sektorunun payına düşüb. Bu da 2017-ci ilə nisbətən 1103,8 milyon manat və ya 82,5% çoxdur.

Related posts

Nazir Rəşad Nəbiyev “Dell Technologies” şirkətinin Avropa,Yaxın Şərq və Afrika üzrə prezidenti ilə görüşüb

Yusif Poladov Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya üzv seçilib

“ASAN xidmət” dövlət xidmətləri sahəsində BƏƏ ilə əməkdaşlığı genişləndirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı