2017-ci ildə mediada ən çox adı hallanan sektor Bank sektoru olub

“Media Consulting and Services” 2017-ci il dövrü üzrə məlumatların ilkin hesabatını başa çatdırıb.

BBN.az-ın məlumatına əsasən, medianın əhatəsinə daxil olan məlumatlar media qrupu tərəfindən kəmiyyət, keyfiyyət, xarakter (tonallıq) və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media aktivliyinin reytinqi hesablanıb.

Məşhur 5 sektorda ad hallanması üzrə məlumatların ümumi dinamikası aşağıdakı kimidir:

1. Banklar 27890

2. Universitetlər 15174

3. Mobil Rabitə 2321

4. Sığorta şirkətləri 1443

5. Otellər 863

Aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan Banklar bunlardır:

  1. ABB -1753
  2. Dəmir Bank -1444
  3. Kapital Bank – 969

Bankların media aktivliyi dekabr ayında noyabr ayı ilə müqayisədə  daha çox olub. Belə ki, 2017-cı ilin noyabr ayında  25059 bank adı hallanan yazı müşahidə edilib. Hesabat ayında əvvəlki aylardan fərqli olaraq “Dəmir Bank”ın adının kəskin hallanmasını qeyd edə bilərik. “Dəmir Bank” haqqında dərc olunan məlumatların əksəriyyəti bankın lisenziyasının ləğv edilməsi  ətrafında cərəyan edir.  Hesabat dövründə bank sektorunun əsas mövzuları bankların bağlanması (və ya bağlanacağı), əmanətlərin və kreditlərin qaytarılmaması ilə bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır