2018-ci ildə ən çox xalis mənfəət qazanan şirkətlər hansılardır?

Səudiyyə Ərəbistanı mərkəzli neft-qaz nəhəngi “Saudi Aramco” 2018-ci ildə ümumilikdə 111.1 milyard dollar xalis mənfəət əldə etdiyini açıqlayıb. Bununla da, şirkət beynəlxalq arenadakı bütün rəqiblərini rahatlıqla üstələyərək 2018-ci il üzrə dünyanın ən çox mənfəət qazanan şirkəti olub.

Texnologiya sahəsində əzəli rəqabət içərisində olan “Apple” və “Samsung” şirkətləri müvafiq olaraq 59.5 milyard və 35.1 milyard dollar xalis mənfəət ilə siyahıda ikinci və üçüncü yerləri tutublar.

ABŞ mərkəzli “Alphabet” və “JPMorgan Chase” qurumları isə hər biri 30.7 milyard dollarlıq xalis mənfəətlə dördüncü və beşinci yerləri bölüşüblər.

Məlumat üçün qeyd edək ki, “Saudi Aramco” şirkətinin 2018-ci il xalis mənfəəti neft-qaz sektorundakı əsas rəqibləri “Shell”, “ExxonMobil”, “Chevron”, “Total” və “BP” şirkətlərinin xalis mənfəətlərinin cəmindən daha çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır