2018-ci ildə əvvəlki illər ilə müqayisədə xam neftin qiymətlərinin artımı şəraitində ARDNF-nin gəlirlərində əhəmiyyətli artım qeydə alınıb.
Belə ki, ARDNF-nin daxilolmaları 2014-cü ildə 16,2 milyard ABŞ dolları təşkil etsə də, neftin qiymətinin aşağı olması fonunda 2016-cı ildə bu rəqəm 5,9 milyard ABŞ dolları səviyyəsinə qədər azalıb və bununla bağlı ARDNF-nin ehtiyatları 2014-cü ildəki 37,10 milyard ABŞ dollarından 2016-cı ildə 33,15 milyard ABŞ dolları səviyyəsinə kimi azalıb.
2018-ci ildə isə xam neftin bir barelinin orta satış qiymətinin orta hesabla 71 ABŞ dollarına bərabər olması hesabına ARDNF-nin büdcə gəlirləri 10,36 milyard ABŞ dolları, ARDNF-nin ehtiyatları isə 38,5 milyard ABŞ dolları səviyyəsinə yüksəlib.
ARDNF-nin gəlir, xərc və aktivləri (milyard ABŞ dolları ilə) :
