“2018-ci ildə neftin orta qiyməti 40-43 dollar olacaq”

“Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçin növbəti ildə qlobal bazarda neft qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb.

Onun proqnozlarına görə, 2018-ci ildə dünya bazarında neftin 1 barel üçün orta qiyməti 40-43 dollar olacaq.

“Şist neft istehsalı amili ilə yanaşı neft bazarına ABŞ-da maliyyə alətlərinin təsiri böyükdür. Dollar hazırda 20%-ə yaxın devalvasiya olub. Əgər siz uyğun əmsallardan istifadə edərək hesablama aparsanız, görərsiz ki, ABŞ-da neftin real qiyməti məhz 40 dollar/barel olmalıdır”-deyə İ.Seçin əlavə edib.

Qeyd edək ki, sentyabr ayında neftin 1 barel üçün dəyəri 52-54 dollar civarında dəyişir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır