2018-ci ilin I rübündə manatla pul bazası artıb

Formalaşdırılmış monetar şərait makroiqtisadi sabitlik hədəflərinin reallaşdırılması ilə iqtisadiyyatın likvidliyə olan tələbatının ödənilməsi arasında optimal balansı təmin edib. 2018-ci ilin I rübündə manatla pul bazası 10.9% artıb.

Pul təklifinin genişlənməsi ilk növbədə iqtisadiyyatın pula olan tələbatının ödənilməsinə və ödənişlərin fasiləsizliyinə xidmət etmişdir. Fiskal sektor və bank sisteminin likvidlik ehtiyacı pula tələbin mühüm amilləri olaraq qalır. Maliyyə vasitəçiliyinin zəif olduğu şəraitdə pul təklifinin artımı kredit aktivliyinin yüksəlməsilə müşaiyət olunmayıb.

Bu şəraitdə bank sistemində izafi likvidliyin akkumulyasiyası və iqtisadiyyatda yığımların artımı müşahidə olunub. İzafi likvidlik dövlət qiymətli kağızlarına və Mərkəzi Bankın maliyyə alətlərinə yüksək tələbi şərtləndirib. Eyni zamanda fiziki şəxslərin manatla əmanətlərinin həcmi 2018-ci ilin 2 ayında 15.9% artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır