2020-ci il dövlət büdcəsi haqqında qanunu qəbul edilib

29 noyabr 2019-cu il tarixində “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanunu Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən səsə qoyularaq bəyənilib.

Qanuna əsasən, dövlət və icmal büdcənin əsas göstəriciləri aşağıdakı kimidir:

  • 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 134,5 mln. manat, xərcləri 26 894,7 mln. manat, kəsiri isə 2 760,2 mln. manat nəzərdə tutulur.
  • 2020-ci il icmal büdcənin gəlirləri 27 552,0 mln. manat, xərcləri 29 488,1 mln. manat, kəsiri isə 1 936,1 mln. manat nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır