2020-ci ilin birinci rübü ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi açıqlanıb

Bakı Fond Birjasında 2020-ci ilin yanvar-mart ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 2,076,041,404 manat təşkil etmişdir. 2019-cu ilin analoji dövrü üzrə əməliyyatların həcmi 3,854,512,648 olmuşdur.

Nəticə olaraq, 2020-ci ilin yanvar-fevral ayları üzrə dövlət qiymətli kağızların (Mərkəzi Bank və Maliyyə Nazirliyi) ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 375%, repo əməliyyatları üzrə isə 318% böyümə qeydə alınmışdır.

2020-ci ilin mart ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 2,445,181,863.31 manat təşkil etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır