Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2020-ci ilin I rübündədə iqtisadi artım 1.1%-ə enmişdir - BBN

2020-ci ilin I rübündədə iqtisadi artım 1.1%-ə enmişdir

Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da koronavirus pandemiyasının iqtisadi aktivliyə neqativ təsirləri müşahidə edilməkdədir. Mərkəzi Bank tərəfindən real sektor müəssisələrinin monitorinqi göstərir ki, qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sahələrindəki müəssisələrdə iqtisadi aktivlik göstəricilərinin yanvar-fevral aylarındakı müsbət dinamikası mart ayından başlayaraq azalma ilə əvəzlənmiş, ticarətdə aktivliyin daha kəskin enişi qeydə alınmışdır.

Koronavirusun təsirləri nəticəsində 2020-ci ilin ilk 2 ayında iqtisadi artım 2.8% olduğu halda I rübdə 1.1%-ə enmişdir. O cümlədən qeyri-neft sektorunda iqtisadi artım ilk 2 ayda 6.7%, I rübün yekunu üzrə isə 3.5% təşkil etmişdir.

Hökumət tərəfindən reallaşdırılmaqda olan ÜDM-in 4%-ni üstələyən iqtisadi dəstək paketi və sinxronlaşdırılmış makroprudensial tədbirlər tələbin daralmasının səngiməsinə və məşğulluğun – iş yerlərinin qorunmasına imkan verməlidir. 

Related posts

BVF ABŞ-ın dövlət borcunun artdığını bildirib

Moody’s: Azərbaycanın bank sistemi üzrə proqnoz müsbət olaraq saxlanılıb

Tramp Ali Məhkəməyə Meydan Oxudu: Tariflər Davam Edəcək!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı