Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2020-ci ilin II rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri açıqlanıb - BBN

2020-ci ilin II rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri açıqlanıb

2020-ci ilin ikinci rübündə SOCAR-ın birbaşa istismar etdiyi yataqlarda 1,8 milyon ton neft, 1,8 milyard kubmetr qaz hasil olunmuşdur.2020-ci ilin ikinci rübündə SOCAR-ın birbaşa istismar etdiyi yataqlarda 1,8 milyon ton1 neft, 1,8 milyard kubmetr2 qaz hasil olunmuşdur. . Ölkə üzrə isə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% artaraq, 9,4 milyard kubmetr3, neft hasilatı 8,6 milyon ton4 təşkil etmişdir. SOCAR-ın qazma işlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə azalmış, 15 min metrdən artıq5 olmuşdur. Bu azalma Covid-19 pandemiyası nəticəsində dünyada neftə olan tələbatın aşağı düşməsi və OPEC+ razılaşması çərçivəsində hasilatın müvəqqəti məhdudlaşdırılması ilə əlaqədardır. Hasilat əsasən rentabelliyi aşağı olan qurudakı yataqlarda məhdudlaşdırılıb və, müvafiq olaraq aparılan qazma əməliyyatların həcmi də azaldılmışdır.

İkinci rübdə SOCAR tərəfindən 1,5 milyon tona yaxın6 neft, 804 milyon kubmetrə yaxın7 təbii qaz emal olunub. Neftin emal dərinliyi isə 94,93% təşkil edib.

Şirkət tərəfindən xarici bazarlara 5 milyon tondan artıq xam neft ixrac olunub. Ölkədən qaz ixracı ümumilikdə 3 milyard kubmetr həcminə yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,5% çoxdur. Bilavasitə SOCAR tərəfindən isə 138 milyon kubmetr təbii qaz ixrac olunmuşdur. Neft emalı və neft-kimya məhsullarının ixracı aprel-iyun aylarında təqribən 671 min ton1 təşkil etmişdir.

Cari ilin ikinci rübündə ölkə daxilində qazın faktiki istehlak səviyyəsi artaraq 2,2 milyard kubmetrdən1 çox olmuşdur. Qeyd edək ki, artım əhali kateqoriyası hesabına baş vermişdir. Belə ki, ölkə daxilində əhali tərəfindən istehlak edilən qazın həcmi 20,5% artmış, sənaye və enerji sektoru üzrə qazın istehlak səviyyəsində isə azalma qeydə alınmışdır.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı