Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2021-ci il ərzində Energetika Nazirliyinin Çağrı Mərkəzinə 4980 zəng daxil olub - BBN

2021-ci il ərzində Energetika Nazirliyinin Çağrı Mərkəzinə 4980 zəng daxil olub

2021-ci ildə Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 4980 müraciət qəbul edilib.

Daxil olan zənglərin 3003-ü elektrik enerjisi təchizatı, 431-i qaz təchizatı, 313-ü sayğacların quraşdırılması, 41-i mərkəzi istilik sistemi, 1087-si isə digər məsələlərlə bağlı olub. Zənglərin 94-nü təşəkkür xarakterli, 11-ni isə qaz sızması və ya dəm qazı ilə bağlı Fövqəladə Hallar Nazirliyindən daxil olmuş müraciətlər təşkil edib.

Bu dövrdə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və tabeliyindəki qurumlara yönəldirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

 Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, daxil olan müraciətlərin çevik qəbul edilməsi və icrasının təmin edilməsi, energetika sahəsinə və nazirliyin səlahiyyətlərinə aid olan məsələlərə operativ baxılması məqsədilə Energetika Nazirliyinin “974” “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir.

“Çağrı Mərkəzi”nin xidmətlərindən istifadə etmək üçün vətəndaşlar Bakı şəhəri üzrə “974”, bölgələrdən və ölkəmizdə mövcud olan bütün mobil operatorlardan “012 974” nömrəsini yığmaqla zəng edə bilərlər. “Çağrı Mərkəzi” qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş günlərində saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.

Related posts

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

BMT rəsmisi: “Azərbaycanda sosial-iqtisadi artım üçün sıx əməkdaşlıq edirik”

Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsi 30 faizdən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı