2021-ci ildə kriptovalyuta bazarının qazananları və itirənləri

Dünya ölkələrinin rəqəmsallaşmaya doğru illərdir sürətlə irəliləməsinə baxmayaraq, kriptovalyutalar hələ də bir çox istehlakçılara qaranlıq qalmaqdadır. Bununla belə, hazırda dünyada ən çox gündəmdə olan mövzulardan biri də kriptovalyuta tendensiyalarıdır.

2021-ci il kriptovalyuta bazarı üçün mənfəətli olmaqla yanaşı, trendlərin kəskin şəkildə dəyişdiyi illərdən olub. Belə ki, 2021-ci ilin başlanğıcında 800 milyon dollar civarında dövr edən ümumi kriptovalyuta bazar kapitalizasiyası il sonuna qədər 190% dəyər qazanaraq 2.3 trilyon dolları ötüb. Bazar kapitalizasiyası seqmentində 2020-ci ildə önə çıxan Litecoin (LTC), Chainlink (LINK) və  Bitcoin Cash (BCH) kimi kriptoları 2021-ci ildə Solana (SOL), USDC və Avalanche (AVAX) kriptovalyutaları əvəzləyib.

2021-ci ildə kriptovalyuta bazarında ən çox dəyər qazanan bazar iştirakçıları Solana (9800%), Terra (8515%) və Dogecoin (4170%) olub. Ən çox geriləyən kriptovalyutalar isə İCP (96%), EOS (86%) və Monero XMR (66%) olub.

Kriptovalyuta platformaları arasında 2021-ci ildə ən uğurlu olan “Uniswap”, protokolları arasında isə “Curve” və “Aave” seçilib.

Related posts

Növbəti valyuta hərracı keçirilib

Bu günün valyuta məzənnələri-16.07.2024

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı