Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2022-ci ildə enerji böhranına görə London Milad işıqlarına limit qoyur - BBN

2022-ci ildə enerji böhranına görə London Milad işıqlarına limit qoyur

2022-ci ildə Rusiya-Ukrayna müharibəsindən dolayı Avrozonada müşahidə edilən enerji böhranına görə, bir çox ölkələr qənaət rejiminə keçiblər. Məsələn, bu il Böyük Britaniyanın paytaxtı Londonda şəhəri bəzəyən Milad bayramı işıqları 24 saat təmin edilməyəcək. 

BBN.az Metro.co.uk nəşrinə istinadən xəbər verir ki, hökumət öncədən vətəndaşlarını xəbərdarlıq edib ki, bu qış ən pis ssenari halında enerji təchizatı ən aşağı səviyyədə olarsa, bu halda ölkə qaranlığa qərq ola, yaxud təchizat aşağı salına bilər. 

Bu fikirdən yola çıxaraq, cari ildə Londonun ən məşhur alış-veriş mərkəzi olan Oxford küçəsində Milad bayramı zamanı daha az enerjidən istifadə və vəsaitə qənaət etməkdən dolayı işıqlandırma yalnız günorta 3-dən axşam 11-dək olacaq. Daha bir yenilik isə 2022-ci ildə adi işıqlandırma əvəzinə, LED-dən istifadə ediləcək, bu isə enerji istifadəsini 75% azaldacaq. 

Covent Garden-də Milad işiqlarını limit ilə təmin edəcəklər, bu isə səhər 7-dən axşam 11-dək olacaq. 

Eyni zamanda, belə bir qərar ingilislər arasında müzakirəyə səbəb olub. Belə ki, Good Morning Britain səhər verilişində bəzi ekspertlər deyirdilər ki, yeni nəsil pandemiya dövründə dünyaya gəliblər, onlar hələ də Milad bayramı-Yeni ildən zövq almayıblar. Ona görə də, belə bir qərar düzgün deyil. Ancaq digər bir kəsim isə qeyd edir ki, enerji böhranı dövründə qənaət labüddür. 

Related posts

Bakı Fond Birjası Azərbaycanda kapital bazarlarının inkişafına həsr olunmuş beynəlxalq forumda iştirak edib

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı