2022-ci ilin I yarımili üzrə Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatı yayımlanmışdır

Azərbaycan Respublikasının Mərkəzi Bankı strateji kommunikasiya missiyasına uyğun olaraq cəmiyyətdə adekvat iqtisadi gözləntilərin formalaşdırılması istiqamətində kommunikasiya kanalları və alətləri vasitəsilə hədəf qruplarının, o cümlədən ictimaiyyətin aktiv məlumatlandırılması və maarifləndirilməsi işlərini davam etdirir. Bu xüsusda dövri olaraq təhlili və statistik hesabatlar, icmallar, bülletenlər geniş auditoriyaya təqdim olunur.

Bu istiqamətdə 2021-ci ildən etibarən Mərkəzi Bank tərəfindən növbəti mühüm təhlili siyasət sənədi kimi Maliyyə sabitliyi hesabatı hazırlanmasına və geniş ictimaiyyətə açıqlanmasına başlanmışdır. Hesabatın məqsədi maliyyə sektorunun sabitliyi və onun dayanıqlığını müəyyən edən amillərin hərtərəfli qiymətləndirilməsi və maliyyə sabitliyinin təmin edilməsi üzrə Mərkəzi Bank tərəfindən həyata keçirilən siyasət tədbirlərinin əks etdirilməsidir. Sənəddə qlobal iqtisadi şərait, yerli maliyyə institutlarının fəaliyyət göstərdiyi makroiqtisadi mühit təhlil olunmuş, bank sisteminin vəziyyəti, riskləri, dayanıqlığı qiymətləndirilmiş, eləcə də bank olmayan kredit təşkilatları, sığorta sistemi və kapital bazarları ilə bağlı təhlillər aparılmışdır. Hesabatın hazırlanmasında maliyyə sabitliyinin təhlili üzrə beynəlxalq təcrübədə istifadə olunan təhlil metodlarından istifadə edilmişdir. Ümumilikdə, maliyyə sabitliyi hesabatının hazırlanması ölkədə maliyyə sabitliyi infrastrukturunun və maliyyə sabitliyinin gücləndirilməsinə xidmət edir.

Maliyyə sabitliyi hesabatı ən uyğun beynəlxalq təcrübələr nəzərə alınmaqla dövri əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilməklə elektron versiyada dərc olunur.

2022-ci ilin I yarımilinin nəticələri üzrə Maliyyə sabitliyi hesabatı ilə aşağıdakı linkdə tanış olmaq olar:

Maliyyə sabitliyi hesabatı

Related posts

Aprel-May-İyun aylarında ABA tərəfindən keçirilmiş tədbirlər – AYLIQ İCMAL

“İxrac icmalı”nın mart sayı açıqlanıb

Yanvar-Mart aylarında ABA tərəfindən keçirilmiş tədbirlər – AYLIQ İCMAL

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı