Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2022-ci ilin ilk “Startap” şəhadətnamələri sahibkarlara təqdim edilib - BBN

2022-ci ilin ilk “Startap” şəhadətnamələri sahibkarlara təqdim edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 32-yə çatıb.

“Startap” şəhadətnaməsi “Pickpoint” MMC-nin bağlamaların çatdırılması prosesini avtomatlaşdıran onlayn platforması (www.poste.az), “Smor” MMC-nin avtomobil ehtiyyat hissələrinin satışı üçün marketpleys (www.smor.az), “Maestro Company Limited” MMC-nin məişət xidmətləri üçün veb platforma (www.izzidone.com), “Documood” MMC-nin müqavilələrin onlayn bağlanması üçün veb platforma (www.documood.az) və “Pay2play” MMC-nin rəqəmsal məhsullar (oyunlar) üçün marketpleys (www.pay2play.az) layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla KOBİA-nın saytından tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı