2023-cü il üçün media bazarının həcmi və reklama investisiyalar

“İKT bazarı iştirakçıları” İctimai Birliyin*** hesabatı

Azərbaycanın reklam bazarına qoyulan investisiyaların ümumi məbləği – kreativ həllərin yaradılması, reklam istehsalı, marketinqi və reklam agentliklərinin və vasitəçilərin xidmətlərinin ödənilməsi (televiziya, radio, açıq hava və rəqəmsal platformalarda yerləşdirilməsi, həmçinin promo reklam kampaniyaların keçirilməsi) üçün reklam büdcələri 2023-cü ildə təxminən 140 milyon manat (+ 14%) təşkil edib.

Bu məbləğin audiovizual sektorlar üzrə paylanması:

– televiziyada reklam üçün 46 milyon manat;

– rəqəmsal platformalarda reklam üçün 33 milyon manat;

– radioda reklam üçün 7,2 milyon manat.

Gələcək artım potensialı 160 milyon manata qədər ola bilər və buna pirat internet resurslarının bloklanmasının stimullaşdırılması kömək edəcək. Əks halda, yeni mövsümdən (2024-2025) 18,6% azalma gözlənilir.

Ölkədə televiziya tamaşaçıları arasında keçirilən son araşdırmalara əsasən, əhalinin 76% peyk siqnalı vasitəsilə qəbul edilən kanallara baxır, 15% – kabel televiziyalarının, 4% isə İPTV abunəçisidir, 3% də yerüstü rəqəmsal yayımlara tamaşa edir.

Digər tərəfdən qanunsuz fəaliyyət göstərən internet OTT platformları** üzərindən televiziyaya baxanların sayı 18% çatıb, bölgələrdə sürətli internet yayıldıqca bu rəqəm daha da artacaq. Hazırda ölkə boyu qanunsuz televiziya yayımlarının fəal istifadəçilərinin sayı 300 mindən artıqdır. Qanunsuz yayımlanan internet saytlarının, OTT platformlarının (o cümlədən müxtəlif cihazlara yüklənmiş olanlar) istifadəçilərinin çoxalması orada müxtəlif reklamların yerləşdirilməsi, əslində qanunsuz reklam bazarının təşəkkülü deməkdir.

Rəsmi yayımlanan telekanallardakı reklam məzmunlarından fərqli olaraq yeni internet platformlar yayımlarına tamaşa edənlərə dair statistik rəqəmlər açıqlayır, habelə məşhur xarici kanallarda reklam yerləşdirmək üçün əlverişli şərtlər təqdim edirlər. Əvvəllər qanunsuz yayımlanan saytlarda bukmeyker tətbiqlərinin reklamı gedirdisə, bu gün qanunsuz OTT platformları tərəfindən teleyayım əsnasında yeni reklam formatı xidmətini təklif edilir.

Reklam bazarında ənənəvi reklam platformaları olan mətbuat (qazet, jurnal, kitab) reklamlara investisiyalar azalması, rəqəmsal seqmentə – media, axtarış və hədəf reklamlara da investisiyaların artması müşahidə olunur. Həmçinin radiolarda yerləşdirmə (+5%) və açıq hava reklamında (+6%) artım müşahidə edirik.

2023-cü ildə televiziyada reklama qoyulan sərmayənin payı reklama qoyulan ümumi investisiyanın 33%-ni təşkil edir. Aktiv rəqəmsallaşmaya baxmayaraq, bazarımız növbəti 3-5 il ərzində hələ də TV yönümlü olaraq qalacaq.

Ənənəvi reklama investisiyaların azalması fonunda bazar getdikcə rəqəmsallaşır. İnternet reklam bazarının böyüməsi həm də yüksəksürətli internetin regionlara nüfuz etməsindən asılıdır.

İnternet reklamı digər reklam növlərindən əhəmiyyətli dərəcədə fərqlənir. Bu cür reklamın köməyi ilə siz maraqlandığınız məhsul haqqında hər şeyi öyrənə bilərsiniz. Bundan əlavə, siz evdən çıxmadan məhsul rəylərinə, foto və video rəylərinə baxa və hətta satın ala bilərsiniz.

Media məzmununun rəqəmsal istehlakında son dörd il ərzində mobil trafikin payı masaüstü kompyuterlərin trafikin payını üstələyib – istifadəçilər daha çox mobil qurğular vasitəsilə internet saytlarına və sosial şəbəkələrə daxil olurlar.

Ən populyar axtarış sistemi Google-dur. İkinci yerdə Yandex. Google axtarış platforması kimi (həmçinin Android-də qurulmuşdur) Yandex üzərində böyük fərqlə liderdir.

Ən çox video resurs əhatəsində YouTube birinci yeri tutub (bu videoşəbəkə həftəlik 4 milyon istifadəçi tərəfindən istifadə olunur), ikinci yerdə pirat resurslar (hdrezka, kinogo, seasonvar və digərləri) qərarlaşıb. Ümumilikdə, hər ay təxminən 3,5 milyon ziyarət alırlar. Pirat platformalarda məzmun istehlak etmək üçün üstünlük verilən dil rus və türk dilləridir. Müvafiq olaraq, bu platformalardakı reklam kommunikasiyaları rus və türk dillərində məlumatları təkrarlayacaq.

Rəqəmsal bazarımızda ən çox yayılmış sosial şəbəkə Instagramdır (təxminən 3,6 milyon qeydiyyatdan keçmiş istifadəçi): 25 yaşdan aşağı – 50%, 25 yaşdan 35 yaşa qədər – 29%, 35 yaşdan 45 yaşa qədər – 13%, 45 yaşdan sonra – 8%.

İkinci ən populyar tətbiq TikTok-dur (3,2 milyon istifadəçi).

Ən çox yüklənən proqram və eyni zamanda ən populyar messencer WhatsApp-dır (Telegram ikinci yerdədir).

İnfluencerlər, bloqerlar və gizli TV reklamları sektorunda reklam bazarı 2023-cü ildə təxminən 8 milyon manat təşkil edib.

Bununla belə, müəyyən bir reklam növünün nə qədər populyar olması onun faktiki effektivliyi haqqında heç nə demir. Məqalənin əvvəlində göstərilən məlumatları şərh etmək üçün eyni effektivliyin meyarlarını müəyyən etmək lazımdır. Bunlara reklama xərclənən vəsaitlərin nisbəti və müəyyən vaxt ərzində ona verilən cavabların sayı daxildir. Həmçinin, şirkətin iş sahəsinin xüsusiyyətlərini nəzərə almaq lazımdır. Biz səmərəlilik proseslərinin təhlilini araşdırmadıq, sadəcə olaraq 2023-cü il üçün ən populyar reklam növləri və ümumi göstəricilər üzrə statistik məlumatları təqdim etdik.

***

** OTT – Over the Top: internet üzərindən video xidmətlər göstərilməsi şəkli, provayderdən istifadəçinin qurğusuna şəbəkə vasitəsilə siqnalın ötürülməsini ehtiva edir.

*** “İKT bazarı iştirakçıları” İctimai Birliyi 2021-ci ildə yaradılib və Azərbaycanda televiziya yayımı sektorunun səmərəli inkişafına dəstək vermək məqsədi daşıyır. Ölkənin əsas televiziya və radio yayımçıları, kabel televiziyası operatorları və multiservisli rabitə şəbəkələri, media agentlikləri, media məzmununun yaradılması və yayılması sahəsində ixtisaslaşan qurumlar haqqında peşəkar biliklərə malik təşkilatdır.

Related posts

ABA Rəyasət Heyətinin geniş tərkibdə onlayn iclası keçirilmişdir

Növbəti hərraclarda 9 nəqliyyat vasitəsi satılıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı