2023-cü il üzrə Azərbaycan Respublikası dövlət və icmal büdcəsinin icrasına (operativ) dair məlumat

Operativ məlumata əsasən 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 33890,5 mln. manat proqnoza qarşı 5,0 faiz və ya 1684,3 mln. manat artıq icra olunaraq 35574,8 mln. manat təşkil etmişdir. Bu 2022-ci illə müqayisədə 4895,2 mln. manat və ya 16,0 faiz çoxdur.

Maliyyə Nazirliyinin məlumatına əsasən 2023-cü ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 99,5 faiz və ya 36458,5 mln. manat icra olunmuşdur ki, bu da 2022-ci illə müqayisədə 4393,9 mln. manat və ya 13,7 faiz çoxdur.

Eyni zamanda 2023-cü il 31 dekabr tarixinə daxili dövlət borcu 15866,4 mln. manat təşkil etmişdir. Daxili dövlət borcunun məbləği 2023-cü ilin əvvəli ilə müqayisədə 11678,2 mln. manat həcmində artmışdır.

Artımın əsas səbəbi 9351,0 mln. manat məbləğində dövlət zəmanətli öhdəliklərinin dövlət borcuna aid edilməsi, bununla yanaşı dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi məqsədilə dövlət istiqrazlarının yerləşdirilməsi olmuşdur.

Daxili dövlət borcunun ÜDM-ə nisbəti 2023-cü ilin 01 yanvar tarixinə olan göstəricisi ilə müqayisədə 9,8 faiz-bəndi artaraq 3,1 faizdən 12,9 faizə çatmışdır.

Dövlət borcunun tərkibində xarici dövlət borcunun xüsusi çəkisi son 5 ildə 29,8 faiz-bənd azalaraq 92,6 faizdən 62,8 faizə enmiş, daxili dövlət borcunun xüsusi çəkisi isə müvafiq olaraq (dövlət borcuna yenicə aid edilmiş dövlət zəmanətli öhdəliklər istisna olmaqla) 7,4 faizdən 37,2 faizədək artmışdır.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı