Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2024-cü ildə 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib - BBN

2024-cü ildə 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Vergi güzəşti almış layihələr kənd təsərrüfatı, aqrar biznes, fintek, “yaşıl iqtisadiyyat” və elektron ticarət sahələrində innovativ həllərdir.

2024-cü ildə 104-ü mikro və 5 kiçik sahibkarlıq subyekti olmaqla “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) ümumilikdə 109 müraciət daxil olub. Müraciətlərə “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən baxılıb və 65 KOB subyektinə “Startap” şəhadətbaməsi verilib. Şəhadətnamə almış sahibkarların 52-si hüquqi, 13-ü fiziki şəxs olmaqla, 62-si mikro və 3-ü kiçik sahibkardır.

“Startap” şəhadətnaməsi almış layihələr kənd təsərrüfatı, aqrar biznes, fintek, “yaşıl iqtisadiyyat” və elektron ticarət sahələrində innovativ həlləri özündə birləşdirir.

Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. Azərbaycanda innovativ sahibkarlığın inkişafı, startapların ideyalarının və startap ekosisteminin inkişafına dəstək məqsədilə Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə “Startapın müəyyən olunması meyarları” təsdiq edilib. Qərara əsasən “Startap” şəhadətnaməsinin verilməsi 2021-ci ilin may ayından KOBİA tərəfindən həyata keçirilir. Mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsini əldə etmək üçün KOBİA-ya müraciət edə bilərlər.

Related posts

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

Naxçıvanın iqtisadi potensialı və tətbiq edilən güzəştlərlə bağlı tədbir keçirilib

ETX bank və dövlət sektoruna qarşı fişinq cəhdinin detallarını açıqlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı