Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2024-cü ilin 6 ayında 302.891 Asan İmza sertifikatı verilib - BBN

2024-cü ilin 6 ayında 302.891 Asan İmza sertifikatı verilib

2024-cü ilin yanvar-iyun aylarında vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 326.457 şəxs qəbul edilib, onlara 492.520 sayda xidmət göstərilib ki, bunun da 185 minə yaxını şifahi xidmətlərə (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 103 minə yaxını isə elektron xidmətlərə (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) aiddir.

Aşağıda qeyd olunan 9 xidmət hesabat dövrü ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 88,1%-ni təşkil edib.

  • Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
  • Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
  • Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
  • Asan İmza sertifikatlarının verilməsi;
  • Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
  • Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
  • Vergi ödəyicisinə arayışların verilməsi;
  • Vergi ödəyicisinin fəaliyyətinin bərpası;
  • Fiziki şəxsin uçotdan çıxarılması.

Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 17 mindən çox sayda yazılı müraciət cavablandırılıb, 6 milyona yaxın sayda məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.

Dövr ərzində 2 813 vergi ödəyicisinin iştirakı ilə 167 görüş keçirilib, 2 705 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1 milyon 282 mindən çox SMS göndərilib.

Dövr ərzində ümumilikdə 183.553 müraciət üzrə 302.891 Asan İmza sertifikatı verilib.

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 2025-ci ildə dövlət qurumlarını 450 milyon zərərli keçiddən qoruyub

Moody’s Ratings Azərbaycan bank sisteminin perspektivini “pozitiv” səviyyədə qiymətləndirib

Bazarların Gözü Bu Gün ABŞ İnflyasiyasında – PPI Məlumatı Həlledici Ola Bilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı