Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2024-cü ilin altı ayı ərzində SİF tərəfindən 102,7 milyon manat güzəştli kredit verilib - BBN

2024-cü ilin altı ayı ərzində SİF tərəfindən 102,7 milyon manat güzəştli kredit verilib

2024-cü ilin altı ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 2744 layihənin maliyyələşdirilməsinə 102,7 milyon manat güzəştli kredit verilib.

Bu ilin altı ayı ərzində sahibkarların invesitisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “AccessBank” QSC, “Yelo Bank” ASC və “Aqrarkredit” QSC fərqlənib.

Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “AccessBank” QSC və “Yelo Bank” ASC daxildir.

Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.

Related posts

Unibank 5 nominasiya üzrə qalib olub

Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib

RABİTƏBANK 4 NOMİNASİYA ÜZRƏ “BANKÇILIQ MÜKAFATLARI – 2025”İN QALİBİ OLUB

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı