2024-cü ilin yanvar ayında ölkədə pərakəndə ticarət dövriyyəsi 3,4 faiz artmışdır

2024-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,5 milyard manatlıq, o cümlədən 2,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,0 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2023-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 5,0 faiz artmışdır.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

 

Məhsul qruplarının adları Satışdan gəlir,

milyon manat

2023-cü ilin yanvar

ayına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi 4 493,8 103,4
o cümlədən:    
ərzaq məhsulları 2 241,2 102,6
içkilər və tütün məmulatları 226,1 96,4
toxuculuq məhsulları, geyim və ayaqqabılar  

644,6

 

105,3

elektrik malları və mebellər 205,6 104,2
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları  

56,3

 

130,9

əczaçılıq məhsulları və tibbi ləvazimatlar 106,2 88,4
avtomobil benzini və dizel yanacağı 227,1 110,6
digər qeyri-ərzaq malları 786,7 104,5

 

2024-cü ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,0 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

 

2024-cü ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsinin strukturu

Hesabat ayında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə real ifadədə 3,5 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil etmişdir.

2023-cü ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,6 faiz, fərdi sahibkarlar üzrə 4,2 faiz, bazar və yarmarkalarda 2,7 faiz artmışdır.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı