Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2025-ci ildə əhalidən banklara 318 mln. dollardan çox xalis nağd axın qeydə alınıb - BBN

2025-ci ildə əhalidən banklara 318 mln. dollardan çox xalis nağd axın qeydə alınıb

Azərbaycanda banklar tərəfindən 2025-ci ildə əhalidən cəlb olunan nağd ABŞ dollarının həcmi bankların əhaliyə satdığı məbləği 318,2 mln. ABŞ dolları üstələyib.

Bu göstərici əhali tərəfindən banklara nağd dollar axınının davam etdiyini göstərir və 2005-ci ildən etibarən aparılan rəsmi statistikada indiyədək qeydə alınmış ən böyük həcmli əks istiqamətli axın hesab olunur.

Qeyd edək ki, 2024-cü ildə vəziyyət əksinə olub – 1 mlrd. 526,3 mln. ABŞ dolları məbləğində nağd vəsait banklardan əhali istiqamətində axın edib.

2025-ci ildə bankların əhaliyə satdığı nağd ABŞ dollarının həcmi illik müqayisədə 45 % azalaraq 1 mlrd. 767 mln. ABŞ dolları təşkil edib. Əhalidən alınan nağd dolların həcmi isə 26 % artaraq 2 mlrd. 85,2 mln. ABŞ dollarına yüksəlib.

İl ərzində əhaliyə ən çox dollar satılan ay yanvar (294,2 mln. ABŞ dolları), ən az satılan ay isə noyabr (94,3 mln. ABŞ dolları) olub. Əhali tərəfindən banklara ən çox nağd dollar satışı iyun ayında (230,1 mln. ABŞ dolları), ən az isə mart ayında (112,7 mln. ABŞ dolları) qeydə alınıb.

2025-ci ilin mart ayınadək banklardan əhali istiqamətində nağd dollar axını müşahidə olunsa da, apreldən ilin sonunadək bütün aylarda əhali tərəfindən banklara xalis nağd dollar axını davam edib və bu dövrdə ümumi həcm 536,81 mln. ABŞ dolları təşkil edib.

Nəticədə orta konvertasiya məzənnəsi 1 ABŞ dolları üçün 1,6985 manat olub ki, bu da Mərkəzi Bankın müəyyən etdiyi rəsmi 1,7000 manat məzənnəsindən 0,09 % aşağıdır.

Azərbaycan Mərkəzi Bankı faiz dərəcələri ilə bağlı son dekabr iclasında bildirib ki, cari ildə valyuta bazarında təklif tələbi üstələdiyi üçün ümumi vəziyyət stabildir. 2025-ci ilin yanvar–noyabr aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışı 393 mln. ABŞ dolları üstələyib.

Eyni zamanda, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2,1 faiz bəndi azalaraq noyabr ayında 29 %-ə enib ki, bu da məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ilin 11 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 4,3 % artaraq 11,4 mlrd. ABŞ dollarına çatıb.

Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri də əlverişli olaraq qalır. 9 ayın yekununa görə tədiyə balansının cari əməliyyatlar balansında 3 mlrd. ABŞ dolları və ya ÜDM-in 5,4 %-i həcmində profisit formalaşıb. Profisit əsasən xarici ticarət və təkrar gəlirlər balansının müsbət saldosu hesabına yaranıb.

Mərkəzi Bank 2025 və 2026-cı illərin sonunda da cari əməliyyatlar hesabının profisitli qalacağı ilə bağlı proqnozunu dəyişməz saxlayıb.

Related posts

Kino Agentliyi maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib

Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb

Prezident büdcə, mühasibat və dövlət satınalmalarında rəqəmsallaşmanı təsdiqlədi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı