2025-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 16,35 milyard manatdan çox vergi daxil olub

2025-ci il ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 16 milyard 353,5 milyon manatdan artıq vergi daxil olub. Bu göstərici proqnozdan 853,5 milyon manat çoxdur. 2024-cü illə müqayisədə vergi daxilolmaları 545,5 milyon manat və ya 3,5 faiz artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 12 milyard 6 milyon manatdan çox olub və büdcəyə proqnozdan əlavə 336,1 milyon manat vəsait ödənilib. Bu sektordan daxilolmalar əvvəlki ilə nisbətən 978,7 milyon manat və ya 8,9 faiz artıb.

Ödənilən vergilərin 73,4 faizi qeyri-neft-qaz sektorunun, 26,6 faizi isə neft-qaz sektorunun payına düşüb.

2025-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 6 milyard 448,3 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 11,9 faiz və ya 684,9 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,2 faiz artaraq 4,3 milyard manata yaxınlaşıb.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü illə müqayisədə 10,0 faiz artaraq 228,9 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,5 faiz artaraq 173,3 milyon manatdan çox təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2024-cü ilə nisbətən 10,5 faiz artaraq 1,1 milyard manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,0 faiz artaraq 793,4 milyon manatdan artıq təşkil edib.

Related posts

Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edib

Ötən il külək və günəş enerjisi istehsalı 162,3 mln. kVt·st artıb

“Allianz” Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı