Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2025-ci ilin birinci yarısında İKZF-nin vəsaiti hesabına 232,5 milyon manat ipoteka krediti verilmişdir - BBN

2025-ci ilin birinci yarısında İKZF-nin vəsaiti hesabına 232,5 milyon manat ipoteka krediti verilmişdir

İpoteka və Kredit Zəmanət Fondu (Fond) Nizamnaməsinə uyğun olaraq, 2025-ci ilin yanvar-iyun aylarında əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirib. Hesabat dövründə Fondun vəsaiti hesabına 232,5 milyon manat həcmində ipoteka krediti verilib ki, bunun da 67 milyon manatını güzəştli ipoteka kreditləri təşkil edib.

Bu barədə BBN.az İKZF-yə istinadən xəbər verir.

Qeyd edilib ki,ilin əvvəlindən adi ipoteka kreditləri hesabına 1483, güzəştli ipoteka kreditləri hesabına isə 789 vətəndaşın və ya ailənin mənzil şəraiti yaxşılaşıb. 2025-ci ildə verilmiş ipoteka kreditlərinin orta məbləği isə 102340 manat təşkil edib.

Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə 01 iyul 2025-ci il tarixinə Fond tərəfindən 116,8 milyon manat məbləğində 1294 ipoteka krediti üzrə zəmanət verilib. Ümumilikdə indiyədək Fondun vəsaiti hesabına 3,55 milyard manat dəyərində ipoteka krediti verilib ki, bu da 54,8 min ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına imkan verib. İpoteka kreditlərindən faydalananların 67 faizi gənclər və gənc ailələrdir.

Related posts

Mərkəzi Bankda Sahibkarlarla Əməkdaşlıq Şurasının iclası keçirilib

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı