28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi keçiriləcək

KOB-ların neft-qaz şirkətlərinin təchizat zəncirində iştirakının genişləndirilməsinə dəstək məqsədilə 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində xüsusi stend qurulacaq.

31 may – 2 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”) keçiriləcək.  

Sərgidə neft, qaz və energetika sahəsinin aparıcı şirkətləri tərəfindən neft və qaz avadanlıqları, neft-qaz yataqlarının işlənməsi xidmətləri, enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemləri, neft-kimya məhsulları, texniki xidmət, təhlükəsizlik sahələrində innovativ texnologiyalar və s. məhsul və xidmətlər nümayiş olunacaq. 

KOB-ların neft-qaz şirkətlərinin təchizat zəncirindəki rolunu artırmaq, bu sahədə əməkdaşlığı genişləndirmək, eləcə də onların məhsul və xidmətlərinin tanıdılması məqsədilə KOB-ların sərgidə iştirakına dəstək göstəriləcək. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və bp şirkəti sərgidə KOB-lar üçün ayrıca stend təşkil etməyi planlaşdırır. 

Ödənişsiz olaraq məhsul və xidmətlərini bu stenddə təqdim etmək istəyən KOB-lar 19 may 2023-cü il tarixinə qədər aşağıdakı link vasitəsilə müvafiq formanı dolduraraq (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “Caspian Oil and Gas 2023” qeyd olunmalıdır) KOBİA-ya müraciət edə bilərlər: https://bit.ly/44G0Wiq

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı