30 ildən sonra doğma torpaqda açılan ilk iftar süfrəsi

Yelo Bank, “ASAN xidmət”in birgə təşkilatçılığı və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə sosial aksiya keçirib. Ramazan bayramı münasibətilə Tərtərin Talış kəndi sakinlərinə bayram sovqatları paylanılıb. Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin dəstəyi ilə reallaşdırılan aksiyada işğaldan sonra ilk iftar süfrəsi açılıb. Məqsəd tarixi Azərbaycan torpağı olan ərazilərdə yenidən milli-mənəvi dəyərlərimizi bərpa etmək, öz dədə-baba torpaqlarına qayıtmış vətəndaşlarımıza bayram sevincini yaşatmaqdır.

Qeyd edək ki, rəşadətli ordumuz tərəfindən Talış kəndi 2020-ci il oktyabrın 3-də azad edilib. İndiyədək kəndə 90 nəfərdən çox olmaqla 20 ailə qayıdıb.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı