30 milyard dollarlıq nəhəng şirkət yaradılır

Asiya ölkələri arasında geniş nüfuza malik iki şirkət 2020-ci ilin oktyabr ayında böyük bir birləşmə müqaviləsinə imza atacaqlar. Belə ki, Yaponiya mərkəzli konqlomerat “SoftBank Corp” öz törəmə qurumu olan “Z Holdings” (əvvəlki adı “Yahoo Japan”) ilə Cənubi Koreya mərkəzli “Naver” korporasiyasının beynəlxalq sosial şəbəkəsi “Line Corp”u birləşdirməklə bağlı razılığa gəlib.

Yeni yaradılacaq 30 milyard dollarlıq şirkətin səhmləri “SoftBank” və “Naver” arasında bərabər bölünəcək. Bu addımın atılmasının əsas səbəbi kimi qurumların Asiya bazarında “Rakuten Inc” kimi bir sıra rəqibləri ilə rəqabətdən geri qalması göstərilir.

Digər tərəfdən isə belə böyükhəcmli bir birləşmənin gerçəkləşməsi bazar üçün təhlükə yarada bilər. Bu səbəbdən gələn ilin oktyabr ayına qədər olan müddətdə bu razılaşmanın nəzarət orqanı olan Yaponiya Ədalətli Ticarət Komissiyası (JFTC) vasitəsilə gözdən keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır