3,5%-li iqtisadi geriləmə baş verib

2016-cı ilin ilk rübündə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 12 588,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz az ümumi daxili məhsul istehsal edilib.

Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb.

Azalmanın əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalması göstərilir.

ÜDM-in mənbələri üzrə bölgüsü aşağıdakı kimidir.

UDM 2016 I rub

Əhalinin hər nəfərinə düşən ÜDM 1311,6 manata bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır