370 milyard dəyəri olan Çinin texnologiya şirkəti Tencent ilk dəfə gəlirlərində azalmanı elan etdi

370 milyard dəyəri olan Çinin texnologiya şirkəti Tencent ilk dəfə gəlirlərində azalmanı elan edib. Belə ki, 2022-ci ilin II yarısında şirkət 134.03 milyard Çin yuanı (yaxud 19.78 milyard dollar) gəlir əldə edib, proqnozlar isə 134.6 milyard yuan idi. İllik 3%-lik azalma var. 

BBN.az CNBC.com-a istinadən xəbər verir ki, buna Çində oyunlar ilə bağlı sərt qaydalar və Covid-19-un dünyanın ikinci ən böyük iqtisadiyyatı olan adıçəkilən ölkədə yenidən canlanması ilə bağlı olub. 

Şirkətin səhmdarlarına aid olan mənfəət 18.62 milyard yuan olub, gözləntilər isə 25.28 milyard yuan idi, bu illik müqayisədə 56% azalmadır.

Bildirək ki, Çinin iqtisadiyyatı 2022-ci ilin II rübündə cəmi 0.4% böyüyüb, bu isə proqnozları doğrultmayıb. Bu isə kompaniyanın fintex, bulud, reklam gəlirlərinə təsir edib.

Üstəgəl, Çinin yerli video oyunları bazarı tənzimlənmələr ilə bağlı olaraq çətinlik ilə üzləşir. Tencet isə özünün ümumi gəlirinin 1/3-ni oyunlardan əldə edir. Tencent, ikinci rübdə yerli oyun gəlirlərinin illik müqayisədə 1% azalaraq 31,8 milyard yuana, beynəlxalq oyun gəlirlərinin isə eyni faizlə 10,7 milyard yuana düşdüyünü söyləyib.

Onlayn reklam gəlirləri adıçəkilən dövrdə ümumilikdə 18.6 milyard yuana çatıb, illik azalma isə 18%-dir. 

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

“Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı