“Exchange”lərin fəaliyyətinin bərpasına ehtiyac yoxdur

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanda həftəsonu valyuta mübadiləsi aparmaq üçün cəmi 2 bankın bir filialının işləməsinə münasibət bildirib.

O, bu barədə ANS TV-yə müsahibəsində danışıb.

Bank filiallarından kənar valyuta-dəyişmə məntəqələrinin fəaliyyətinin bərpa edilməsi imkanları barədə sualı cavablandıran R.Aslanlı dolayısı ilə buna ehtiyac olmadığını bildirib: “Burada həll olunmalı məsələ yoxdur. Əgər bu gün bazar günü 1 filialı işləyən 2 bank istirahət günləri bütün filiallarını işlətməklə mənfəət əldə edə biləcəklərini görsəydilər, yəgin ki bunu edərdilər. Bu, xidmətin təklif tərəfidir.

Məsələnin tələb tərəfinə gəlincə isə, bütün dünyada bayramlara bank bayramı kimi baxırlar. İnsanlar bilirlər ki, bayram günləri banklar işləmir. Buna görə də, şənbə-bazar günləri üçün hər kəs işini planlaşdırır, ən geci 5-ci gün valyuta mübadiləsi edir. Əgər kimsə bunu edə bilməyibsə, yaxud təcili mübadiləyə ehtiyacı yaranıbsa, artıq bunu “növbətçi” banklarda edir”.

Mənbə: report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır