Expressbank 4 nominasiya üzrə mükafata layiq görülüb

Expressbank 2023-cü il ərzində həyata keçirdiyi uğurlu layihələrə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən 4 nominasiyada mükafatlandırılıb. Qeyd edək ki, ötən il Expressbank tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirləri reallaşdırılıb. Məhz bu fəaliyyətinə əsasən bank “Korporativ sosial məsuliyyət”, “Maliyyə savadlılığı dəstəkçisi”, “Təhsil dəstəkçisi” və “Özünüməşğulluq proqramında iştirak” nominasiyaları üzrə qalib olub.

Daim yenilik və innovativlik çağırışında olan Expressbank Korporativ Sosial Məsuliyyət layihələrinə dəstək olmaqla gənclərə bilik və bacarıqlarını inkişaf etdirmək, aztəminatlı ailələrə isə şəxsi bizneslərini yaratmaq və gəlir qazanmaq üçün dəstək olmaqda davam edir.

Related posts

Mərkəzi Bankdan “Açıq bankçılıq” üzrə təsdiq olunan tələblərə dair açıqlama

“Unibank Kommersiya Bankı” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

Sığorta sahəsində növbəti attestasiya keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı