400 ən varlı amerikalı bəlli olub

Forbes 2017-ci il üçün Amerikanın 400 ən varlı şəxslərinin siyahısını hazırlayıb.

Siyahıda bu il də ilk sıranı 89 milyard dollarlıq sərvəti ilə Bill Gates alıb. İkinci pillədə 81.5 milyard dollar ilə Jeff Bezos, üçüncü pillədə isə 78 milyard dollar sərvət ilə Warren Buffett qərarlaşıb.

Siyahıda olan adların toplam sərvətləri 2016-cı ildəki 2.4 trilyon dollardan 2.7 trilyon dollar səviyyəsinə qalxıb. Sonuncu pillədə yer alan şəxsin sərvəti 2 milyard dollar olub. 2015 və 2016-cı illərdə isə bu rəqəm 1.7 milyard dollar olmuşdu. Bu ilki siyahıya 22 yeni ad daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır