Bank VTB (Azərbaycan) ASC 1 illik « IBM Integration Bus» texniki dəstəyin alınması ilə əlaqədar tender elan edir.
BBN.az xəbər verir ki, tender iştirakçıları sənədlər ilə Bankın Xətai prospekti, 38, Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən ofisində tanış ola bilərlər.
Qeyd edək ki, tender təklifiləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və möhürlənmiş şəkildə (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış), 04 aprel 2018-ci il saat 16:00-dan gec olmayaraq Bankın baş ofisinə təqdim edilməlidir.