Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
500-dən çox uşaq reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilib - BBN

500-dən çox uşaq reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilib

2 ayın sosial göstəriciləri

2 600 nəfər əlilliyi olan uşağın asudə vaxtının səmərəli təşkili üçün tədbirlər də təşkil olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisələri və ixtisaslaşmış sosial xidmət mərkəzləri vasitəsilə yanvar-fevral aylarında 500-dən çox uşağa reabilitasiya yönümlü sosial xidmətlər göstərilib.

Onlardan 356 uşaq Agentliyin müəssisələrində stasionar və yarımstasionar şəraitdə sosial xidmətlərlə təmin edilib. Əlilliyi olan 149 uşaq  isə  qurumun ixtisaslaşmış sosial xidmət mərkəzlərində yarımstasionar sosial xidmətlərə cəlb edilib.

Son iki ayda həmçinin qurumun sosial sifarişləri əsasında 2 600 nəfər əlilliyi olan uşağın asudə vaxtının səmərəli təşkili məqsədilə tədbirlər də təşkil olunub.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı