55 dövlət əmlakı özəlləşdiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 27 mart tarixində keçiriləcək yeni hərrac elan olunub.

Ümumilikdə hərraca 55 dövlət əmlakı çıxarılıb. Bunlardan 23-ü səhmdar cəmiyyəti, 5-i kiçik dövlət müəssisə və obyekti, 16-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir. Dövlət əmlaklarının çox çeşidli olması investorların həm iri, həm də kiçik biznes layihələrinin reallaşdırılmasına imkan verir.

 

Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır