2018-ci ilin 11 ayı ərzində AMB-ın valyuta ehtiyatları 4,8% artmışdır

2018-ci il noyabrın 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 5 mlrd. 590,9 mln. ABŞ dolları təşkil edir.

2018-ci ilin əvvəlinə nisbətən Mərkəzi Bankın valyuta ehtiyatları 256,3 mln. ABŞ dollar və yaxud 4,8%, son 1 ildə isə 336,7 mln. ABŞ dollar və yaxud 6,4% artıb.

Noyabrda AMB-nin valyuta ehtiyatları 0,98% və ya 54,5 mln. ABŞ dolları artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır