“Azəriqaz” İstehsalat Birliyi abonentlərin sayı barədə açıqlama yayıb

2018-ci ilin yanvar-noyabr ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 81 107 yeni abonent qeydiyyata alınıb ki, bunun da 45 543-ü Bakı, Abşeron və Sumqayıt, 35 564-ü isə regionlar üzrədir.

BBN.az xəbər verir ki, yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Bundan başqa Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 173 748-ə çatıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır