OPEC+ görüşü gələn ilin I rübündə Bakıda keçiriləcək

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin növbəti birgə görüşü fevralın sonu və ya martın əvvəlində Bakıda keçiriləcək.

“Reuters” agentliyinin məlumatına görə, bu barədə OPEC-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Suheyl əl-Məzrui Neft İxrac edən Ərəb Ölkələri Təşkilatının konfransında bildirib.

BƏƏ-nin energetika nazirinin qeyd etdiyinə görə, neft hasilatçılarının görüşündə neft bazarının 2018-ci ilin yayında əldə edilən tarazlığa qaytarılması barədə danışıqlar aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır