3, 6 və 9 aylıq xarici valyutada depozit qoyuluşu

BBN.az analitika portalı yeni bazar araşdırmasını Sizə təqdim edir. Bu yazıda 3, 6 və 9 aylıq xarici valyuta əmanəti üçün təklif edilən faiz dərəcələrinə görə bankların sıralaması tərtib edilib.

İlk olaraq onu demək olar ki, banklarda fiziki şəxslər üçün əmanət faizləri 0.1-2.5% arasında dəyişir.

Dollarla depozit yerləşdirmək üçün 3, 6 və 9 aylıq ən yüksək faiz təklif edən bank “Amrahbank” ASC (3%, 3%, 3%)-dir. USD valyutasında depozitlər üçün 3, 6 və 9 aylıq minimum faiz dərəcəsi isə “Yapı Kredi Bank Azərbaycan” QSC (0.25%, 0.25%, 0.25%) -də olub.

Avro ilə depozit yerləşdirmək üçün 3, 6 və 9 aylıq ən yüksək faiz təklif edən bank “NBCBank” ASC (1.3%, 1.8%, 2.4% ) -dir.

Ümumi siyahı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.

 

 

Banklar

 

  

 Müddətlər üzrə faiz dərəcəsi (%)

 

 

 

Minimal məbləğ xarici valyutada (USD,EUR)

 

 

 

Əmanətin adı                 

 

3 ay

6 ay

 9 ay

                         

 

USD EUR USD EUR USD EUR  
AccessBank QSC 1.5 2 50 “Yüksələn” əmanət
AFB Bank ASC 1 1000 Keçid
AGBank ASC 1.5 0.5 2.25 1 100 “Sərfəli ” əmanət

“Avro ilə müddətli“  əmanət

Amrahbank ASC 3 3 3 50  ” Güvən ”  əmanət
AtaBank ASC 1 0.5 1.25 0.75 2 1 500  “ Universal ” əmanət
Azər Türk Bank ASC 0.1 500  “Standart” əmanət                
Bank BTB ASC 1.5 2 2.50 100  “Müddətli” əmanət 
Bank VTB (Azərbaycan)ASC 1,3 100 “Sərfəli” əmanət 
Xalq Bank ASC 0.5 0.25 0.75 0.375 1000 “Müddətli” əmanət
Muğanbank ASC 1.5 1 500 “Qısa müddətli” əmanət
NBCBank ASC 1.3 1.3 1.8 1.8 2.4 2.4 200 “Müddətli” depozit 
NİKOYL Bank İKB ASC 0.5 1 100 “Nikoil Sabit” depoziti
Rabitəbank ASC 0.5 1 200 “Universal” əmanət
TuranBank ASC 1.5 0.4 100 “Mücrü” əmanəti
Yapı Kredi Bank Azərbaycan QSC 0.25 0.25 0.25 0.25 1000 “Standart Qazanc” əmanəti
Ziraat Bank Azerbaycan ASC 0.25 0.50 0.75 1000  “Standart”  əmanət

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır