2018-ci ildə ölkəyə idxal olunan məhsulların ümumi həcmi 30.6% artmışdır

2018-ci ildə ölkəyə idxal olunan məhsulların ümumi həcmi 30.6% artaraq 11,464,970.08  ABŞ dolları təşkil etmişdir.

BBN.az-a Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata əsasən 2018-ci ildə ölkəyə 1,370,596.07 ABŞ dollarıq ərzaq məhsulu gətirilmişdir ki, bu da 2017-ci il ilə müqaisədə 2.4% azdır. İdxal portfelində ərzaq məhsullarının payı 2018-ci il ərzində 16% -dən 12%-dək azalıb.

Ölkəyə qida məhsulları arasında ən çox idxal olunanlar, buğda 1.080 min ton (205 967 min. ABŞ dolları), meyvə-tərəvəz 303 min ton (164 592 min. ABŞ dolları), bitki və heyvan mənşəli piylər və yağlar 154 min ton (140 885 min. ABŞ dolları) sayılmaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır