“Bank Standard”ın yeni rəhbərliyi məlum olub

Müşahidə Şurasının yeni sədri – Rumiyə Məmmədova – 1994-cü ildən bank sektorunda fəaliyyət göstərir və 08 dekabr 2014-cü il tarixindən “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.

İdarə heyətinin yeni sədri – Xalid Əhədov – 1998-ci ildən bank sektorunda fəaliyyət göstərir və bu təyinatından öncə “UNİBANK” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin baş icraçı direktoru vəzifəsində çalışmışdır.

Audit Komitəsinin sədri  – Zamiq Məmmədov

Həmçinin Bankın Müşahidə Şurasının üzvləri Xəyyam Əliyev və Elşad Şirinbəyov təyin olunmuşlar. Audit Komitəsinin üzvləri Raman Abışov və Paşa Əhmədzadə təyin olunmuşlar. Bundan başqa,  Mustafa Rəşidov isə İdarə Heyətinin üzvü vəzifələrinə təyin olunmuşdurlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır