Depozit faizlərinə görə Azərbaycan son 10 ildə ilk dəfə MDB-dən geri qalır – ARAŞDIRMA

2005-2015- ci illərdə MDB ölkərində depozit faiz dərəcələrini tədqiq etdiyimiz zaman ən yüksək depozit faiz dərəcəsinin 2008-ci ildə Moldovada (17,93%) müşahidə olunduğunu görə bilərik. Bu göstəricinin minimumu isə 2010-cü ildə Litvada (1,71 %) qeydə alınıb.

Azərbaycandakı depozit faiz dərəcələrinə gəldikdə isə  tədqiq edilən ölkələrin orta göstəricisindən yuxarıda mövqeləndiyini görürük.  Hətta 2006-cı ildə depozit faiz dərəcəsi qrup ortalamasından 6,07  faiz bəndi yüksək olmuşdur.

Ümumi trendə nəzər yetirdikdə MDB ölkələrində depozit faiz dərəcəsinin 2009-cü ildən başlayaraq sürətli bir şəkildə azalmağa başladığını və 2011-ci ildən etibarən yenidən yüksəldiyini müşahidə edirik.

Azərbaycanda isə bu göstəricidə azalma 2008-ci idən başlamışdır və MDB ölkələrindən fərqli olaraq azalma dayanmamış, 2015-ci ilə qədər davam etmişdir. Nəticədə 2015-ci ilə MDB ölkələrindəki depozitlər üzrə orta faiz dərəcəsi Azərbaycanda olan göstəricini 0,33 faiz bəndi üstələmişdir.

Aşağıdakı qrafikdə mövcud vəziyyət ilə əyani formada tanış ola bilərsiniz.

Depozit

*Bu cədvəl Dünya Bankının statistik bazası əsasında tərtib olunub.

**Orta göstərici MDB ölkələri ( Özbəkistan, Qazaxıstan və Türkmənistanın göstəriciləri əlçatan olmayıb),  Gürcüstan və Ukraynanın göstəriciləri əsasında hesablanıb.

İl Depozit faiz dərəcəsinin maksimum olduğu ölkə % Depozit faiz dərəcəsinin minimum olduğu ölkə %
2015 Ermənistan 14.1 Estoniya 0.5
2014 Belarus 18.6 Estoniya 0.5
2013 Belarus 20.3 Latviya 0.1
2012 Belarus 22.3 Latviya 0.4
2011 Belarus 13.3 Latviya 0.5
2010 Azərbaycan 11.6 Estoniya 1.1
2009 Moldova 14.9 Qırğızıstan 3.2
2008 Moldova 17.9 Qırğızıstan 2.6
2007 Moldova 15 Qırğızıstan 3
2006 Moldova 11.9 Qırğızıstan 1.6
2005 Moldova 13.2 Qırğızıstan 1.7

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır