D.Trump “Deutsche Bank”dan kredit istəyib?

İddialara görə, ABŞ prezidenti Donald Trump 2016-cı ildə “Deutsche Bank”dan kredit istəyib.

“New York Times” qəzetində yer alan xəbərə görə, 2016-cı ildə seçki kampaniyaları vaxtı D.Trump milyonlarla dollar pul xərclədikdən sonra “Deutsche Bank”dan kredit istəyib.

Yayılan bu xəbərlərlə bağlı isə Trump tərəfindən heç bir münasibət bildirilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır