D.Trump “Dünya Bankı” üçün namizədini açıqlayıb

ABŞ prezidenti Donald Trump “Dünya Bankı”nın rəhbərliyinə öz namizədini açıqlayıb. Belə ki, prezident bu vəzifəyə namizəd olaraq ABŞ Xəzinə Nazirliyinin beynəlxalq məsələlər üzrə məsləhətçisi David Malpassı uyğun görüb. Qeyd edək ki, ABŞ “Dünya Bankı”ndakı ən böyük səhmdardır.