“İT və İT təhlükəsizlik üzrə” Ekspert Qrupunun iclası keçirilib

12 fevral 2019-cu il tarixində Azərbaycan Beynəlxalq Bankının əsas binasında Azərbaycan Banklar Asosiyasiyasının (ABA) “İT və İT təhlükəsizlik” üzrə ekspert qrupunda ilin ilk iclası keçirilmişdir.

İclas zamanı cari il üzrə “İT və İT təhlükəsizlik”  qrupunun planlaşdırdığı fəaliyyətlər və planlar müzakirə edilmişdir. Görüşdə Azərbaycan Beynəlxalq Bankının informasiya təhlükəsizliyi üzrə eksperti Murad Qurbanovun tərəfindən ABB-ın informasiya təhlükəsizliyi üzrə yol xəritəsi təqdim edilmişdir. Təqdimatda kibertəhlükəsizlik üzrə Bankın tətbiq etdiyi və planlaşdırdığı ən yaxşı praktikalar, texnoloji yeniliklər və innovasiyalar üzrə təcrübə mübadiləsi və müzakirələr aparılmışdır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır